Erast Qarin

Erast Qarin

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Erast Pavloviç Qarin (əsl soyadı – Qerasimov) – sovet aktyoru, kino və teatr rejissoru, ssenaristdir. İkinci dərəcəli Stalin mükafatı laureatıdır (1941). 1977-ci il SSRİ xalq artisti olub. Erast Pavloviç Qerasimov 28 oktyabr 1902-ci ildə Ryazan şəhərində anadan olub. Ryazan gimnaziyasında oxuyub. 1919-cu ildə  gimnaziyanı bitirdikdən sonra, Qızıl Orduya könüllü olaraq qoşulub. Ryazan qarnizon teatrının səhnəsinə çıxıb, orada Y.Knyajninin “Sbitenşik” komediyasında oynayıb. Elə o teatrda “Qarın” təxəllüsünü qazanıb. Bu teatrla Moskvaya gedib çıxıb, orada nüfuzlu Meyerhold ona təhsilini davam etdirməyi tövsiyə edib. 1921-ci ildə Meyerholdun rəhbəri olduğu Dövlət Ali Rejissor Emalatxanasına daxil olub. 1922-1926-cı illərdə RSFSR Narkompros - nəzdində dövlət eksperimentalı teatr emelatxanasında oxuyub. 1966-cı ildə “Şən günlər” filminin çəkilişi zamanı qəzaya düşüb. Aktyorun bir gözünü əməliyyat yolu ilə xaric ediblər, ondan sonra demək olar ki görmüyüb. Onu artıq çəkilişlərə və tamaşalara dəvət etməyiblər. Uzun illər “Soyuzmultfilm” studiyasında cizgi filmlərinin səsləndirilməsində iştirak edib. Radioda bir sıra radiotamaşalarında hazırlanmasında iştirak edib. Erast Qarin 4 sentyabr 1980-ci ildə Moskva şəhərində vəfat edib. Vaqankovsk məzarlığında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D0%B8%D0%BD,_%D0%AD%D1%80%D0%B0%D1%81%D1%82_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç