Aleks Cons

Aleks Cons

Prodüser, rejissor, ssenarist, aktyor, operator

BİOQRAFİYA

Aleks Cons (11 fevral 1974, Dallas, Texas ştatı, ABŞ) – amerikalı radio-aparıcı, araşdırmaçı-jurnalist, rejissor, ssenarist və prodüserdir. Ostin şəhərində yayım aparır, həmçinin internet üzərindən strimləri yayımlanır. “İnfoWars.com”, “PrisonPlanet.com” portalları ona məxsusdur. Aleks Cons – çoxsaylı sui-qəsd nəzəriyyələrini təbliğ edən (“Aya insanın uçuşundan” tutmuş, 11 sentyabr teraktının ABŞ hökuməti tərəfindən təşkil olunduğu ideyasına kimi) qatı konspiroloqdur. Rusiyalı filosof Aleksandr Duqinin pərəstişkarıdır. Con özünü libertanian və paleokonservator sayılır. Promobioqrafiyasında o “aqressiv konstitusionalist” kimi təqdim olunur. Cons çoxsaylı suiqəsd nəziriyyələrinin populyarlaşmasında oynadığı rola görə, dəfələrlə tənqid atəşinə tutulub. 6 avqust 2018-ci ildə “Apple” şirkəti öz tətbiqlərindən onun və ona məxsus İnfoWars portalının yüzlərlə podkastını silib. Şirkət rəsmi bəyanatında bildirib ki, həmin yazılarda insanlar nifrətə təşviq edilib. Eynilə “Facebook” sosial şəbəkəsi də “nifrət dilinə” görə InfoWars portalının FB səhifəsini bloklayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç