Cuhi Çavla — Hindistanın aktrisa və prodüseri.Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olub. J.J. Montessori-Bombey məktəbini bitirib. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi. 1984-cü ildə Cuhi “Miss Hindistan” titulunu qazanır və daha sonra “Dünya gözəli” yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur. Cuhi Çavla, Cay Mahta ilə ailə qurub. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur. Onun oğlu Arcun Londonda dünyaya gəlir. Böyük hind aktyoru Şahrux Xanla bir kinokompaniyanın əsasını qoyub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cuhi_%C3%87avla