Əmir Xan

Əmir Xan

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Əmir Hüseyn Xan (14 mart 1965Mumbay) — məşhur hind aktyoru. Hindistan kinosunun ən böyük ulduzlarından biri olaraq qəbul edilən aktyor, eyni zamanda prodüser, rejissor və ssenarist kimi də məşhurdur. Azərbaycan  və Türkiyə də daxil olmaqla bütün dünyada tanınır və sevilir. AAMİR KHAN PRODUCTİON adlı şirkəti var. Hindistanın ən çox qazanan aktyorudur. Ləqəbi Mr.Perfectionist (mükəmməliyyətçi) – dir. 1965-ci il 14 Mart da Hindistanın  Bombey şəhərinin Bombey Bandra Holy ailə xəstəxanasında, müsəlman ailəsində dünyaya gəlib. Əsil adı ƏMİR HÜSEYİN XAN–dır. Atası Tahir Hüseyn Xan, anası Zinət Xan – dır. Qardaşları Fazil və Heydər Əli Xan, bacıları isə Nikat və Fərhad Xan – dır. Əmir Xanın ilk filmi 8 yaşında çəkildiyi, əmisi Nəsir Hüseyn Xan – ın filmi olan "Yaadon ki Barat" (1973) olub. 1985 ci ildə çəkildiyi "Holy" filmi aktyorun ilk təcrübəli (prafisional) filmi olmuşdur. 1988-ci ildə Juhi Chawla ilə çəkildiyi "QAYAMAT SE QAYAMAT TAK" filmi boyük marağa və diqqətə səbəb olub. İldə sadəcə bir filmə çəkilməyə üstünlük verən aktyor indiyə qədər 47 filmdə baş rolda çəkilib. "Andaz apna apna" "Baazi" "Raja Hindustani" "Ghulam" "Mann" "Sarfarosh" "Dil Chata Hai" "Mangal Pandey" "Rang De Basanti" "Fanaa" "Talaash" kimi böyük səs gətirən filmləri var. Çəkildiyi bir çox filmlər İMDB –də 8 dən yuxarı xal almışdır. 2001-ci ildə prodüserliyini etdiyi və çəkildiyi "LAGAAN" filmi Oscar mükafatına namizəd olub. Dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC – nin ölməzdən əvvəl görülməsi lazım olan 50 film siyahısına daxil olub. 2007 ci ildə rejissorluğunu və prodüserliyini etdiyi eyni zamanda özünün də çəkildiyi "TAARE ZAMEEN PAR" (YERDƏKİ ULDUZLAR) filmi dünyanın bir çox ölkəsində izlənilmiş, böyük təqdirə layiq görülmüşdür. 2008-ci ildə çəkildiyi "GHAJİNİ" filmi Hindistanda o vaxta qədər çəkilən bütün filmlərin rekordunu alt üst edib (135.000.000.00 rp). 2009-cu ildə çəkildiyi "3 İDİOTS" (3 Səfeh) filmi "GHAJİNİ"nin rekordunu keçmişdir (200.000.000.00 rp). Bu film dünyanın bir çox ölkəsində hətta universitetlərdə də izlənmişdir. Beləliklə də Hindistanda 2 dəfə belə yüksək rekorda sahib yeganə aktyor ƏMİR XAN olmuşdur. "Mükafat mərasimlərində gerçək aktyorluğa yox, filmin kassa gəlirlərinə əhəmiyyət verildiyini" söyləyərək ƏMİR XAN heç bir mükafat mərasimində iştirak etmir. Aktyor 1986-cı ildə Reena Dutta adlı xanımla ailə qurub. Bu ailəsindən Junaid (Cuneyd) adında oğlu, İra adında qızı var. Lakin 2002 ci ildə cütlük ailə həyatına son qoyub. 2-ci ailə həyatını isə 2005-ci il 28 Dekabrda ssenarist və prodüser olan Kiran Rao ilə qurub. Bu ailəsindən də Azad (5 dekabr 2011) adında bir oğlu var. 2012 ci ildə anasına verdiyi sözü tutaraq birlikdə HƏCCƏ gediblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Fmir_Xan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç