Con Van Druten

Con Van Druten

Ssenarist

BİOQRAFİYA

Con Uilliyam Van Druten  (ing. John William Van Druten) – ingilis dramaturq, teatr rejissorudur. Con Van Druten imzası ilə tanınır. 1 iyun 1901-ci ildə anadan olub. Atası holland, anası ingilisdir. Karyerasına Londonda başlasa da, sonradan ABŞ-a köçüb və Birləşmiş Ştatların vətəndaşlığını əldə edib. Müasir həyat və cəmiyyət problemlərinə yönəlmiş pyesləri ilə şöhrət qazanıb. Daha çox “Kabare” (1972), “Qaz işığı” (1944), “Raffles” (1939), “Gecə gələndə” (Night must fall, 1937) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına xidməti siyahısında ssenarist qismində 63 film, serial və teletamaşa yer alır. 1 dəfə “Oskar” mükafatına namizəd olub. 19 dekabr 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının İndio şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Van_Druten

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç