Mey Uitti

Mey Uitti

Aktrisa

BİOQRAFİYA

Mey Uitti (ing. May Whitty, 19 iyun 1865 – 29 may 1948) – britaniyalı aktrisadır. “Oskar” mükafatı namizədi olub. Meri Luiz Uitti 19 iyun 1865-ci ildə Liverpul şəhərində anadan olub. İlk dəfə teatr səhnəsinə 1881-ci ildə çıxıb. Sonradan qazandığı uğurları onu Londona aparıb. Peşəkar aktrisalıq karyerasına Vest-Enddə başlayıb. 1892-ci ildə Mey Uitti menecer Ben Uebsterə ərə gedib. 1895-ci ildə cütlük ABŞ-a səfər edib və Uitti ilk dəfə Brodvey səhnəsinə çıxıb. Onların yeganə qızı Marqaret Uebster aktrisa olub, 1905-ci ildə ABŞ-da anadan olub. 1918-ci ildə ona Britaniya imperiyası ledisi titulu verilib (Birinci dünya müharibəsi dövründəki xeyriyyəçilik fəaliyyətinə görə). Kinodebütü 1914-cü ildə baş tutub. 1937-ci ildə isə ilk dəfə Hollivudda görüntülənib. Elə həmin il Mey Uitti “Oskar” mükafatına namizəd olub (“Gecə keçməlidi” filmində xanım Bremson roluna görə). 1938-ci ildə aktrisa Alfred Hiçkokun “Ledi yoxa çıxır” filmində mürəbbiyə xanım Froy obrazını canlandırıb. Bir ildən sonra Böyük Britaniyanı tərk eliyib və həmişəlik ABŞ-a köçərək, Birləşmiş Ştatların vətəndaşlığını alıb. 1947-ci ildə əri Uitti Ben Uebster dünyasını dəyişib, bir il sonra isə aktrisası 82 yaşında xərçəngdən vəfat edib. 29 may 1948-ci ildə Beverli Hillzdə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D1%82%D1%82%D0%B8,_%D0%9C%D1%8D%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç