Cozef Kotten

Cozef Kotten

Aktyor, ssenarist

BİOQRAFİYA
Cozef Çeşir Kotten (15 may 1905, Virciniya, ABŞ - 6 fevral 1994, Kaliforniya, ABŞ)  — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten  Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınayıb. Cozef Kottenin kino yaradıcılığının əsas xətti onun təkcə Orson Uellslə əməkdaşlığı ilə məhdudlaşmır. Aktyor bundan başqa Alfred Hiçkokun "Şübhə kölgəsi" triller filmində (1943) qatil Çarli və Corc Kyukorun "Qaz işığı" filmindəki (1944) Brayan Kameron kimi fərqli rolları ifa edərək Hollivudda özünü universal aktyor kimi təsdiq edib. 1940-cı illərin ortalarında mütəmadi olaraq tanınmış aktrisa Cennifer Cons onunla filmlərdə tərəf-müqabili olurdu. Onlar "Siz gedəndən" (1944) hərbi dramında, "Sevgi məktubları" (1945) romantik dramında, "Günəş altında duel" (1946) vesternində və "Cenninin portreti" (1948) fantastik filmlərində birlikdə çəkilmişdilər. Həmin onilliyin sonunda aktyor yenidən Hiçkokdan dəvət alır və bu dəfə onun "Oğlaq nişanəsi altında" (1949) filmində şübhəli keçmişi olan Avstraliyalı mülkədar rolunda çəkilir. 1950-ci illərin gəlişi Cozef Kottenə "Sentyabr fırıldağı" (1950) filmindəki Devid Lourens, eləcə də Merilin Monro ilə tərəf-müqabil olduğu "Niaqara" nuar filmindəki Corc Lumis rollarını qazandırır. Onilliyin ortalarında aktyor böyük ekranı  televiziyaya dəyişdi. Orada Kottenin şəxsi şousu efirə çıxırdı. 1950-ci illərin sonunda o, "Şərin möhürü" filminə çəkilməklə yenidən böyük ekranda görünür. Beləliklə, bir daha Orson Uellsin filmində rol alan aktyor bu dəfə epizodda iştirak edir. Ardınca isə Jül Vernin əsəri əsasında çəkilmiş "Aydan Yerə" filmində Viktor Barbiken rolunu ifa edir. 1960-cı ilin əvvəlində Cozef Kottenin ilk həyat yoldaşı Lenor Kipp leykemiyadan vəfat edir. Onlar hələ 1931-ci ildə ailə qurmuşdular. Elə həmin ildə aktyor ikinci dəfə aktrisa Patrisiya Medina ilə evlənir. 1964-cü ildə təxminən artıq 10 illik ikinci plan aktyoru kimi çıxış edən aktyor Robert Oldricin "Sakit ol, sakit ol, mehriban Şarlotta" trillerində aktrisalar  Bett Deyvis və Oliviya de Hevillendlə yanaşı, baş rollardan birinə çəkilir. Artıq həmin onilliyin bir hissəsinə çevrilmiş aktyor kinoda çəkilişlərini davam etdirir. Bundan başqa həm də televiziyada "Ed Sallivanın şousu"nda xüsusi qonaq kimi iştirak edirdi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cozef_Kotten
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç