Şarl Buaye

Şarl Buaye

Aktyor, prodüser

BİOQRAFİYA

Şarl Buaye – fransız əsilli amerikalı aktyordur. Dördqat “Oskar” mükafatı nominantıdır. Gəncliyində Sorbonnda fəlsəfə üzrə ali təhsil alıb, ardınca Paris konservatoriyasında oxuyub, teatr tamaşalarında iştirak edib. Kinoda debütünü 1920-ci ildə gerçəkləşdirib. Buaye karyerasının əvvəlində daha çox romantik qəhrəmanları oynayıb. 1929-cu ildə Hollivuda köçüb. 1932-ci ildə aktrisa Cin Harlou ilə birlikdə “Kürən qız” filminə çəkilib və Fransaya məskunlaşıb. Burada “Liliom” filminə çəkildikdən sonra, 1934-cü ildə Amerikaya geri dönüb. ABŞ-da Loretta Yanq, Ketrin Hepbörn, Marlen Ditrix kimi kinoulduzlarlar çəkiliş meydançasını bölüşüb. Fransada olanda Buaye rejissor Anatoliy Litvakın “Mayerlin” filminə də çəkilib; orada karyerasının ən uğurlu rollarından birini, vəliəhd şəhzadə Rudolf rolunu oynayıb. Növbəti illərini başlıca olaraq ABŞ istehsalı olan filmlərə çəkilib. Cin Arturun iştirakı ilə “Gecə yazılmış tarix”, Qreta Qarbonun iştirakı ilə “Mariya Valevskaya”, Ayrin Dannın iştirakı ilə “Sevgi romanı” (1939), Olivye De Hevillendlə birlikdə “Şəfəqi saxlayın!”, Coan Fonteynin iştirakı ilə “Sadiq gözəl”, İnqrid Berqmanın iştirakı ilə “Qaz işığı” (1944), Ayrin Dannın iştirakı ilə “Yenə bir yerdə” filmlərində rol alıb. 1951-ci ildə aktyor “Four Star Television” teleşirkətinin yaradıcılarından biri olub. 1966-cı ildə Rene Klemanın “Paris yanır?” adlı hərbi filminin ulduzlardan ibarət aktyor heyətində yer alıb. Şarl Buaye həyat yoldaşı aktrisa Patrisiya Patersonun ölümündən iki gün sonra ölümcül yuxu dərmanı dozası qəbul edərək intihar edib. Onlar 44 il birgə yaşayıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D0%B0%D0%B9%D0%B5,_%D0%A8%D0%B0%D1%80%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç