İlker Ayrık
Aktyor, teleaparıcı
İlker Ayrık - türkiyəli aktyor, teleaparıcı və rejissordur. 16 oktyabr 1979-cu ildə Balıkesir şəhərində anadan olub. Müjdat Gezen İncəsənət Mərkəzinin teatr bölməsinin məzunu olub. 2005-2006-cı il mövsümündə Aykut Teatrı ilə birlikdə “Pervasız Tiyatro” adlı teatrı təsis edib. 2008-ci ildə Doa-nın “Yallah” klipinə çəkilib. 2007-2009-cu il mövsümündə Kent Oyuncuları truppasına qoşularaq “Cimri” tamaşasında rol alıb. 2002-ci ildə bəri bir çox kino, serial və reklamlara çəkilməyə başlayıb. Kıvanç Tatlıtuğla bir neçə dəfə “Akbank” reklamında rol alıb. Uzun illər “Seksenler” serialında Çağataya obrazını canlandırıb. 2009-cu ildə orta məktəb sinif yoldaşı Sanem Ayrı ilə ailə qurub. Bu izdivacdan Ferit və Yaman adlı iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C4%B0lker_Ayr%C4%B1k