Murat Şeker

Murat Şeker

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Murat Şeker – türkiyəli prodüser, ssenarist və rejissordur. “SugarWorkz” kinoşirkətinin sahibidir. 25 iyun 1973-cü ildə İstanbul şəhərində anadan olub. 17 yaşında olanda Kerevitaş fabrikində işləməyə başlayıb. 1991-ci ildə İstanbul universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 3 il orda təhsil aldıqdan sonra Mimar Sinan universitetinin kino və televiziya bölməsinə keçib. 1992-ci ildən etibarən sənədli filmlər və serialların prodüserliyinə başlayıb. Əməkdaşlıq etdiyi rejissorlar arasında Osman Seden, Yusuf Kurçenli, Hüseyin Karakaş kimi rejissorlar var. 1996-cı ildə “1” adlı ilk qısametrajlı filmini lentə alıb. Sonradan uzun müddət Türk rok və pop ifaçıların video kliplərini çəkməyə başlayıb. Daha çox “Çaqqallarla rəqs” (2010), “İki super film birdən” (2006), “Tətil” (2018), “Çaqallarla rəqs 4” (2016) filmləri üzərində gördüyü işə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2320363/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç