Emmanuell Berko

Emmanuell Berko

Aktrisa, ssenarist

BİOQRAFİYA

Emmanuel Berko – fransız aktrisa, ssenarist və rejissordur. Emmanuel Berko 6 noyabr 1967-ci ildə Parisdə anadan olub. Hələ şagird olduğu illərdə Serj Alsettinin rəqs məktəbinə və teatr studiyasına gedib. Məktəbi bitirəndən sonra “Floran kursları” adlı Paris dram məktəbinin tələbəsi olub. Sonradan xeyli müddət azərbaycan əsilli fransız aktyoru və teatr rejissoru Rober Osseyn və rejissor Jan-Lük Tardyenin rəhbərliyi altında çalışıb. Konservatoriyaya qəbul imtahanlarından kəsilən Emmanuel fikrini dəyişərək, sənədlərini bu dəfə “La Femis” dövlət kino məktəbinin rejissorluq fakültəsinə təqdim edib və qəbul olunub. 1995-ci ildə rejissor olaraq bir neçə qısametrajlı filmlə peşəkar karyerasına start verib. İlk rejissor işləri arasında, “Romanes həqiqətləri”, “Tətillər” və “La Puce” daha əlamətdardır. “Tətillər” filmi 1997-ci ildə Kann kinofestivalının mükafatçısı olub. Berko 1991-ci ildən aktrisalıq fəaliyyətinə başlayıb. 1998-ci ildə rejissor Klod Millerin “Qış tətilləri” filminə, ardınca Bertran Tavernyenin “Bugün başlayır” və Klod Leluşun “Tək hamıya qarşı” filminə çəkilib. Özünün “Kleman” adlı debüt tammetrajlı filmində 13 yaşlı oğlanın otuz yaşlı məşuqəsi rolunu oynayıb. Film 2001-ci ildə “Xüsusi baxış” rubrikasında Kann kinofestivalında təqdim olunub. Emmanuel Berko fransız rejissor və operator Qiyom Şiffmanla evli olub. Cütlüyün Nemo adlı oğlu var. Nemo ən perspektivli aktyor nominasiyasında “Sezar” mükafatı laureatıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D0%BA%D0%BE,_%D0%AD%D0%BC%D0%BC%D0%B0%D0%BD%D1%8E%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç