Karin Vyar

Karin Vyar

Aktrisa

BİOQRAFİYA

Karin Viar (fr. Karin Viard) – fransız teatr, kino və televiziya aktrisasıdır.  İkiqat “Sezar” mükafatı laureatıdır. Bundan başqa digər altı yerli və beynəlxalq kino mükafatın sahibidir. 2003-cü ildə Kann kinofestivalının münsiflər heyətinin üzvü olub. “Xidmətlərə görə” ordeninin kavaleridir. Karin Viar 24 yanvar 1966-cı ildə Fransanın Ruane şəhərində dünyaya gəlib. Həddi buluğa çatana qədər nənəsi və babası ilə yaşayıb. Kornell litseyini, ardınca Conservatoire à rayonnement régional de Rouen konservatoriyasını bitirib. 17 yaşında olanda Parisə köçüb və kino çəkilməyə başlayıb. Çox keçmədən sevgili olduğu kinooperatora ərə gedib. Cütlüyün 1998-ci il təvəllüdlü Marqaret qızı və 2000-ci il təvəllüdlü Simon adlı oğlu var. Karinin atası neft platformasının direktorudur. 1986-cı ildə qısametrajlı filmdə kinodebütünü həyata keçirib. 1989-cu ildə “Komissar Meqrenin istintaqı” detektiv serialının bir epizodunda görüntülənib. 1990-cı ildən qısametrajlı filmlərə çəkilib. Aktrisa daha çox “Delikateslər” (1991), “Paris” (2008), “Polis” (2011), “Belye ailəsi” (2014) filmlərində oynadığı rolları ilə tanınır. Son üç filmdə yaratdığı obrazlar ona ayrı-ayrı vaxtlarda “Sezar” mükafatına nominasiya qazandırıb. 2017-ci ildə Karin Viarı “Qısqanc” adlı komediyada baş rolda görmək olub. 2019-cu ildə isə real hadisələrə əsaslanan “İdeal dayə” psixoloji trillerində rol alıb.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%B0%D1%80,_%D0%9A%D0%B0%D1%80%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç