Mayven Le Besko

Mayven Le Besko

Aktrisa, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Mayvenn Le Besko (fr. Maïwenn Le Besco) – fransız aktrisa, rejissor, ssenaristdir. Kino titrlərində daha çox sadəcə Mayvenn olaraq təqdim olunur. Atası vyetnam əsillidir. 17 aprel 1976-cı ildə Le Lil şəhərində anadan olub. Uşaqlığı Bretanda keçib. Anası aktrisa Katrin Belhocdur. Qardaşı və bacısı da aktyordur. Uşaqlığından teatrla maraqlanıb. Altı yaşında olanda, 1982-ci ildə “İppolit” faciəsində Antuan Vitez rolu ona həvalə olunub. Bir il sonra isə “Ölümcül yay” filmində görüntülənib. 16 yaşından ABŞ-da Lyük Bessonla vətəndaş nikahında olub. Sonuncu ilə birgə yaşayışından Şanna adlı qızı var. Lyük Bessonun “Leon” və “Beşinci Element” filmlərində epizodik rollara çəkilib. İkincidə yadplanetli opera ifaçısı obrazını canlandırıb. Bessonla yollarını ayırıb, Fransaya geri döndükdən sonra özünü yumorist və rejissor olaraq sınayıb. Ancaq daha çox rejissor kimi uğur qazanıb. Lentə aldığı “Məni bağışlayın” adlı film 2006-cı ildə “Sezar” mükafatında iki nominasiya əldə edib. Onun növbəti rejissor işi sayılan “Aktrisa balı” filmi də kifayət qədər müvəfəqiyyət gətirib və 2009-cu ildə Anri Lanqlua mükafatına layiq görülüb. Üçüncü rejissor işi olan “Polis” Kann kinofestivalının Qızıl palma budağı mükafatına namizəd olsa da, yalnız münasiflər heyətinin prizini qazanıb. 1992-1997-ci illərdə Lyük Bessonla vətəndaş nikahında olub, 2002-2004-cü illərdə daşınmaz əmlak biznesmeni Jan-İv Le Flürlə evli olub. Bessodan Şanna adlı qızı, ikinci nikahdan isə 2004-cü il təvəllüdlü Dieqo adlı oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%B9%D0%B2%D0%B5%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç