Necat İşler

Necat İşler

Aktyor

BİOQRAFİYA

Necat İşler – türkiyəli aktyordur. 1972-ci ildə İstanbul şəhərində anadan olub. Ali təhsilini İstanbulun Texniki Universitetində alıb. Həmçinin Memar Sinan adına dövlət universitetinin konservatoriyasının teatr fakültəsini bitirib. 1994-cü ildən ekranlarda görüntülənir. Böyük kinoda debütü 1999-cu ilə təsadüf edir, həmin vaxt “Sentyabr qasırğası” dramına çəkilib. Türkiyə ilə yanaşı Yunanıstan, Bolqarıstan, Serbiya kimi ölkələrin filmlərində də rol alıb. 2007-ci ildə böyük ekranlara çıxan “Yumurta” dramında Yusuf rolunu oynayıb, tərəf-müqabili Səadət Aksoy olub. Karyerası ərzində aktyor bir sıra kinomükafatlara layiq görülüb. Daha çox “Barda” kriminal dramında Səlim rolu ilə yadda qalıb. “Cənnətin kənarında” dramında Nürsel Köse və Güven Kirakla kamera önünə çıxıb. Bundan başaqa “Əhdahanın yolu” kriminal döyüş filmi və “Bədbəxtlər klubu” komediya dramında oynadığı rolları ilə tanınır. 2013-2014-cü illərdə ekranlara çıxan “Qisas” serialında rol alıb. Həmin dönəmdə eyni zamanda Almaniya, Türkiyə və Fransa istehsalı olan “Qış yuxusu” dramına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/nejat_isler/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç