Zeynep Eronat
Aktrisa
Zeynəb Eronat – türkiyəli aktrisadır. 9 iyul 1963-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Zeynəb Eronat ın atası Osman Eronat, anası Ayler Eronatdır. 1970-ci il təvəllüdlü Miras adlı bacısı var. Oda həyatını kinematoqrafiyaya həsr edib. 13 yaşında olanda ailəsi ilə birlikdə Ankaraya köçüb, orada orta təhsilini başa vurub. Məktəbi bitirdikdən sonra Ankaranın Hacettepe universitetinin dövlət konservatoriyasına qəbul olunub. 1985-ci ildə oranı bitirib. Təhsili başa vurduqdan sonra Bursa Dövlət Teatrının təcrübəçisi olub. 1987-ci ildə Ankara dövlət teatrının aktyor heyətinə qoşulub. 2001-ci ildə Zeynəp kinodebütünü gerçəkləşdirib. Aktrisanın yaradıcı arsenalında 20-ə yaxın kino və serial rolu var. 2006-2007 mövsümündə Ankara dövlət teatrının truppasından uzaqlaşıb və İstanbula köçüb. Son rollarından biri 2019-cü ilin fevral ayında ekranlara çıxan “Qarşıdurma” serialında oynadığı Songül rolu sayılır. Serialda eyni zamanda Engin Öztürk, Xnde Doğandemir, Uğur Yücel, Mesut Akust və başqaları çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/371-zeynep-eronat.html