Başak Köklükaya

Başak Köklükaya

Aktrisa

BİOQRAFİYA

Başak Köklükaya – türkiyəli aktrisadır. 19 aprel 1974-cü ildə Türkiyənin Ankara şəhərində anadan olub. Uşaqlığı Ankara şəhərində keçib. Orada Hacettepe dövlət universitetində ali təhsil alıb. Eyni zamanda təsviri incəsənət dərnəyində iştirak edib. İlk dəfə 21 yaşında olanda peşəkar səhnəyə çıxıb, doğma şəhərinin teatrlarında epizodik rolları ifa edib. Gənc Başakın istedadını “Bizim xalq” filminin çəkilişləri üzərində çalışan rejissor ortaya çıxarıb. Sonuncu Başaka öz filmində kiçik rol həvalə edib. Həmin rol ona ciddi bir uğur qazandırmasa da, onun aktrisa olacağı ilə bağlı fikrini qətiləşdirməsinə vəsilə olub. O, çoxsaylı kastinqlərə qatılaraq, kinofilm və seriallarda rol qazanmağa çalışıb. Aktrisanın xidməti siyahısında 20-dən çox bədii film və serial rolu yer alır. 2017-ci ildə “Xeyirli nəsə” filmində rol alıb. Moskva Kinofestivalının mükafatçısıdır. Şəxsi həyatına gəlincə, 2003-cü ildə Mehmet Murat İnalla münasibətlərini rəsmiləşdirib. Cütlüyün Əli İnal adlı övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kinoturkey.ru/tureckie-aktrisy/1467-bashak-keklyukaya.html
 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç