Fikret Kuşkan
Aktyor
Fikret Kuşkan – türkiyəli aktyordur. 22 aprel 1965-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Dörd bacısı var. 13 yaşında olanda atası dünyasını dəyişib və o ailəsi ilə Tokata köçüb. 3 ildən sonra İstanbula geri dönüb və Haskiy litseyində oxumağa başlayıb. İstanbul universitetinin teatr konservatoriyasının məzunudur. “Payız yanğını”, “Həyat davam edir”, “Hanımın Çiftliyi”, “İkiqat xoşbəxtlik”, “Qızım naminə”, “Karatay”, “Çempion” və digər film və seriallarda oynadığı rolları ilə tanınır. 2019-cu ildə aktyorun iki ciddi layihəsi olub: “Möcüzə 2” və “Qəddar İstanbul” . Şəxsi həyatına gəlincə 2005-ci ildə aktrisa Bahar Kerimoğlu ilə ailə həyatı qurub. Ancaq nikahın ömrü cəmi 4 il çəkib. 2014-cü ildə özündən xeyli cavan olan Arsevi Özkara ilə evlənib. Aktyor onunla xoşbəxtdir və hazırda cütlük İstanbulda yaşayır (2019).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/1464-fikret-kushkan.html