Ayla Arslancan

Ayla Arslancan

Aktrisa

BİOQRAFİYA

Ayla Arslancan – türkiyəli kino, teatr və televiziya aktrisasıdır. 16 aprel 1936-cı ildə İstanbulda anadan olub. Uşaqlığı paytaxt Ankarada keçib. 20 yaşından səhnəyə çıxır. Bir sıra tamaşalarda rol alıb. Kino və televiziyada daha çox “Üç İstanbul” (1983), “Ah qardaşım” (1991), “Gümüş” (2005), “Əcəmi cadu” (2006), “Fırtına” (2006), “Anam” (2007), “Kavşak” (2010), “Ayrılıq” (2010), “Entelkənd Efekəndə qarşı” (2011), “Sehirli anam” (2012), “Əcayib hekayələr” (2012), “Romantik komediya 2: Subaylığa son” (2013) film və seriallarında oynadığı rolları ilə yaddaşlarda qalıb. 29 mart 2015-ci ildə ağ ciyər xərçəngindən vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ayla_Arslancan

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç