Ancelo Françesko Lavanyino
Bəstəkar, aktyor
Ancelo Françesko Lavanyino – italiyalı aktyor və bəstəkardır. 1933-cü ilə qədər Milan konservatoriyasında oxuyub. Yaradıcılıq fəaliyyətinə 1931-ci ildə başlayıb. 1947-ci ildə “119 nömrəli düşərgədə Milad bayramı” sənədli filminə çəkilməklə kinodebütünü gerçəkləşdirib. “Yaşıl maqiya” (1953), “İtirilmiş qitə” (1955), “Günəş imperiyası” (1956), “Sonuncu cənnət” (1958) filmlərinə bəstəkarlıq edib. Bədii filmdə debütü 1950-ci ildə baş tutub (U. Uellesin “Otello” filminə yazdığı musiqi). M. Soldatti (“Çaydakı qadın”, 1954), K.Lidzani (“Çin səddi”, 1958) və digər rejissorlarla əməkdaşlıq edib. ABŞ və İngiltərə istehsalı olan filmlər üzərində də işləyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://persons-info.com/persons/LAVANINO_Andzhelo_Franchesko