Konrado San Martin

Konrado San Martin

Aktyor, prodüser

BİOQRAFİYA

Konrado San Martin – ispaniyalı aktyordur. 20 fevral 1921-ci ildə İspaniyanın, Kastilya əyalətinin Avila şəhərində anadan olub. Əsl soyadı – San Martin Prietodur. Aktyorluq karyerasını qurana qədər həvəskar boksla məşğul olub. Kinodebütünü “Oro vil” (1941, rej.Eduard Maroto) filmində gerçəkləşdirib. 1944-cü ildən teatr səhnəsinə çıxıb. Qaytano de Luka Tena teatr truppasının aktyoru olub. 60-cı illərdə “Laurus Films” kinoşirkətinin əsasını qoyub. 50-60-cı illərdə triller, döyüş filmləri və spaqetti-vestern qəhrəmanlarını oynayıb. 70-ci illərdən etibarən populyarlığı nisbətən aşağı düşüb. Aktyor daha çox ikinci plan rolları ilə tanınır. 80-ci illərin ortalarında ispan teleseriallarına çəkilib. Sonuncu dəfə ekranlarda “La belle Otero” (2008) mini serialında Raul rolunda görüntülənib. 26 aprel 2019-cu ildə Madriddə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/euro/117336/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç