Jorj Marşall

Jorj Marşall

Aktyor

BİOQRAFİYA

Jorj Marşall (fr. Georges Marchal) -  fransalı teatr, kino və  televiziya aktyorudur. 10 yanvar 1920-ci ildə Nansi şəhərində dünyaya gəlib. 50-ci illərdə Fransa kinosunun aparıcı simalarından olub. Jorj Marşall daha çox “Üç muşketyor” (1953) filmində Dartanyan, “Vikont de Brajelon” (1954) filmində Raul de Brajelon, “Versal sirləri” filmində gənc kral Lüdovik 14-cü, “Koloss Rodosskiy” (1961) filmində Peliokl, “Daki” (1966) filmində Fusk rolu ilə tanınır. Bundan başqa “Sen-Mar” (1981) televiziya filmində kardinal Rişelye, “Gülən adam” (1971) mini serialında lord Devid, “Lənətlənmiş krallar” (1972) mini serialında kral Filipp IV, rejissor Bernar Borderin “Bua-Dorenin gözəl cənabları” (1976) mini serialında markiz Silvan de Bua-Dore  filmlərində oynadığı rolları ilə yadda qalıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BB%D1%8C,_%D0%96%D0%BE%D1%80%D0%B6

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç