Rori Kelhun

Rori Kelhun

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Rori Kelhun (ing. Rory Calhoun) – amerikalı aktyor, prodüser, ssenaristdir. Daha çox vestern filmlərdə yaratdığı obrazlarla yadda qalıb. 8 avqust 1922-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Həyatının ilk illərini Santa-Kruz şəhərində keçirib. Atası peşəkar poker oyunçusu olub və oğlu 9 ayında olanda dünyasını dəyişib. Anası ikinci dəfə ərə gedəndən sonra, soyadını Kelhuna dəyişib. On üç yaşında olanda revolver oğradığına görə Kaliforniya cəzaçəkmə müəssisəsinə  göndərilib. Sonralar oğruluğa görə də mühakimə olunub, Sprinqfildə (Missuri ştatı) islah işlərinə cəlb olunub. Cəzasının sona çatmasına az qalmış başqa ittihamlarla San-Kventin həbsxanasına göndərilib. “Cəhənnəm moteli” (1980), “Milyonerə necə ərə getməli” (1953), “Kantri üslubunda həyat” (1992), “Macəra adası” (1947) filmləri üzərində gördüyü işə görə tanınır. Rori Kelhun 28 aprel 1999-cu ildə ABŞ-ın Kaliforniya ştatında dibaetlə əlaqəli fəsadlaşmadan (76 yaşında) dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%BB%D1%85%D1%83%D0%BD,_%D0%A0%D0%BE%D1%80%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç