Lukas Belvo

Lukas Belvo

Aktyor

BİOQRAFİYA

Lüka Belvo (fr. Lucas Belvaux) – belçikalı kinoaktyor, rejissor və ssenaristdir. Lüka Belvo 14 noyabr 1961-ci ildə Belçikanın Namür şəhərində dünyaya gəlib. Filippvildə kral internat məktəbində oxuyub. Atası internatura direktoru və həmkarlar ittifaqı fəalı olub. 16 yaşında olanda Lük təhsili yarımçıq qoyaraq, aktyor olmaq üçün  avtostopla Parisə yollanıb. Kinodebütü 1981-ci ildə İv Buassenin “Vətən oğulları, irəli” filminə çəkilməklə həyata keçirib. 1985-ci ildə “Sirkələnmiş cücə” filmində oynadığı rol, ona “böyük vədlər verən aktyor” nominasiyasında “Sezar” mükafatını almağa namizəd olub. Həmin vaxtdan bəri 50-dən çox bədii və televiziya filminə çəkilib. Klod Şabrol, Ancey Julavski, Olivye Assayas, Şantal Akerman, Rejis Varnye kimi rejissorlarla işləyib. 2000-ci illərin əvvəlində rejissoru olduğu “Qaçış”, “Heyrətamiz cütlük”, “Ölümdən sonra” trilogiyası ilə şöhrət qazanıb. Bu trilogiyası Lüka bir sıra prestijli kinomükafatlar qazandırıb. Lüka Belvo belçikalı kinorejissor Remi Belvonun qardaşıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D1%8C%D0%B2%D0%BE,_%D0%9B%D1%8E%D0%BA%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç