Jan-Fransua Balmer
Aktyor
Jan-Fransua Balmer – isveçrəli aktyordur. 18 aprel 1946-cı ildə İsveçrənin Nevşatel kantonunun Valenqine şəhərində dünyaya göz açıb. Kinoya gəlməzdən əvvəl biznes sahəsində çalışıb. 23 yaşı tamam olanda, həyatını səhnəyə həsr etməyə qərar verib və beləcə Parisin Ali Milli Dram İncəsənət Konservatoriyasına daxil olmağı qərara alıb. Məzun olduqdan sonra Floran kurslarında iştirak edib. Aktyor kinodebütünü İv Buassenin “Heç nə olmayıb” (1973) filmində həyata keçirib. İlk əlamətdar rolunu 1979-cu ildə rejissor Jorj Lotnerin “Kim kimdir” filmində oynayıb. 2001-2003-cü illərdə Jan-Pol Salomenin “Balfeqor: Luvr kabusu” (2001), “Açın, polisdir 3” (2003) kimi populyar filmlərə çəkilib. 2008-2012-ci illərdə isə aktyorun filmoqrafiyasını “Tokio” (2008), “Ələkeçməz Lyuk” (2009), “Evdə” (2012) kimi filmlər zənginləşdirib. Jan-Fransua Balmer rejissor Fransuaza Peti-Balmerlə evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/balmer-jean-franois-922.phtml