Laura Morante
Aktrisa, ssenarist, rejissor
Laura Morante (ital. Laura Morante) - italiyalı aktrisadır. Tanınmış yazıçı Elza Morantenin qardaşı qızıdı. Laura Morante 21 avqust 1956-cı ildə Santa-Fyore şəhərində (Toskana) Marçello Morante (yazıçı Elza Morantenin qardaşı) və Mariya Bona Palasseskinin ailəsində anadan olub. Aktrisalıq karyerasına hələ 18 yaşında olanda Karmelo Bene teatr truppasında başlayıb, əvvəl rəqqasəlik edib. Kinodebütünü “İtirilmiş əşyalar” bədii filmində gerçəkləşdirib. Nanni Morettinin ona “Byanka” filmində baş rolu həvalə etməsi ilə şöhrət qazanıb. Fransız aktyor Jorj Klaisslə ailə qurduqdan sonra Parisə köçüb. Çoxsalı Fransız istehsalı olan filmlərdə iştirakı ilə Avropa kinosunun ən sevilən simalarından birinə çevrilib. İtaliyaya geri döndükdən sonra, 2001-ci ildə ən yaxşı aktrisa nominasiyasında “David di Donatello” mükafatına layiq görülüb (“Oğlumun otağı” filmindəki roluna görə). 2003-cü ildə isə Qabriel Muççinonun “Məni unutma” filmində oynadığı rolla ikinci dəfə həmin mükafata nominasiya qazanıb. “Məhəbbət güclü olduğu qədər əbədidir” filminə oynadığı rola görə ən yaxşı qadın rolu nominasiyasında gümüş mükafatı qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D0%B0%D0%BD%D1%82%D0%B5,_%D0%9B%D0%B0%D1%83%D1%80%D0%B0