Hakan Kurtaş
Aktyor
Hakan Kurtaş – türkiyəli aktyordur. 7 sentyabr 1988-ci ildə İzmir şəhərində anadan olub. Orta təhsilini Bursa şəhər orta məktəbində aldıqdan sonra, Memar Sinan adına Universitetin Dövlət konservatoriyasının teatr fakültəsinə daxil olub. Anası iqtisadçı, atası pediatrdır. Anası Hakanın 3 yaşı olanda iqtisad fakültəsini bitirib, sonradan universitetə qayıdaraq incəsənət üzrə təhsil alıb. Özündən balaca iki qardaşı var. Aktyor olana qədər bir neçə peşəkar basketbol klubunun şərəfini qoruyub. Çoxistiqamətli Hakan rəssamlıq və musiqi ilə də məşğul olur. Onun çəkdiyi karikaturalara Leman, Sleppless kimi dərgilərdə dərc olunub. “Mən uşağı sevdim” serialında oynadığı Sinan Harmangil rolu ilə məşhurlaşıb. Sözügedən serial 2011-2012-ci illərdə Kanal D-də yayımlanıb, sonradan yayımı Star TV-də davam edib. Hakan Kurtaş uzun müddət Şükran Ovalı ilə yaxın münasibətdə olub. Cütlük evlənməyə hazırlaşsa da, Şükrü Özyıldızla tanışlığından sonra Ovalı Hakannan ayrılıb. Bu ayrılıqdan sonra uzun müddət heç kimlə görüşməyib və verdiyi müsahibədə daha hər hansı aktrisa ilə münasibət qurmaq fikrində olmadığını bildirib. Bu sözlərinə baxmayaraq çox keçmədən gənc aktrisa Beril Kayarla görşməyə başlayıb. Aktrisa buna qədər model olub, podiumlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktery/1230-hakan-kurtash.html