Xədicə Aslan - 20 fevral 1962-ci ildə Sivasda (Türkiyə) doğulub. Uşaqlığı Sivasdakı Qazi Burhanəddin məhəlləsində keçib. Doqquz uşağın altıncısıdır. Sivas litseyində oxuyub. Atası Xəlifə Aslan dəmir yolunda işləyib, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979-1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyadan məzun olduğu il Dövlət Teatrına daxil olub. 1986-cı ildə İzmir Dövlət Teatrına köçürülüb. 1992-ci ildə yenidən Ankaraya qayıdıb. Bu dövrdə Ankarada çəkilən "Ferhunde xanımgil" serialında ailənin ortancıl qızı Nejlanı tam yeddi il canlandırıb. Daha sonra İstanbul Dövlət Teatırına keçən aktrisa "Hürrəm Sultan" və "Xınalı qar" seriallarının ardından beş mövsüm "
En son babalar duyar" serialında oynayıb. Ankara, İzmir və İstanbul dövlət teatrlarında çox sayda tamaşada rol alıb. 2000-ci ildə Ankaradan İstanbula köçüb. 2000-ci ildən bəri də İstanbul Dövlət Teatrında iştirak edir. Kinoda ilk rolu rejissor Nuri Bilge Ceylanın "Üç maymun" filmində Hacer obrazı olub. İlk evliliyini teatr və dublyaj sənətçisi Hakkı Ergöklə ailə qurub, 20 il evli qaldıqdan sonra boşanıblar. Bu evlilikdən Ekin Ergök (1984) adlı bir oğlu var. İkinci dəfə rəssam Renan Kaleli ilə ailə qurub. 17 avqust 1999-cu ildə Mərmərə zəlzələsində bütün ailəsini itirən Ece Dizdar (1983) adlı mənəvi qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/X%C9%99dic%C9%99_Aslan