Şekhar Kapur

Şekhar Kapur

Rejissor

BİOQRAFİYA

Sekhar Kapur 6 dekabr 1945-ci ildə Lahorda (Pakistan) anadan olub. Hind rejissoru, yazıçı, aktyor və prodüserdir. Ata Kulbhuşan Kapur həkim, anası Şil Kant aktrisa və jurnalist olub. İbtidai təhsilini Yeni Dehlidə alıb. 22 yaşında Kapur valideynlərini sevindirmək üçün diplomlu bir mühasib olub. Sekhar Kapur karyerasına çoxmillətli neft şirkətlərində işləməklə başlayıb. 1970-ci ildə İngiltərəyə köçür və bir neçə il mühasib və idarəetmə məsləhətçisi olaraq çalışır. Karyerasına "Jaan Hazir hai" (1975) filmində, sonra Bollivudda " Toote Khilone" filmində aktyor kimi başlayıb. Bundan əlavə bir neçə televiziya serialında iştirak edib. Kapur Bandit Queen filmində bir yük maşını sürücüsü rolunu oynayıb. 1998-ci ildə çəkdiyi “Yelizaveta” filminə görə “Oskar” alaraq beynəlxalq şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BF%D1%83%D1%80,_%D0%A8%D0%B5%D0%BA%D1%85%D0%B0%D1%80

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç