Leyn Qarrison

Leyn Qarrison

Aktyor

BİOQRAFİYA

Leyn Qarrison 23 may 1980-ci ildə Texas ştatının Dallas şəhərində (ABŞ) doğulub. Anası ilə problemli münasibəti səbəbindən 17 yaşında ikən evdən gedir və ailə naziri, estrada ulduzları Cessika və Eşli Simpsonların ataları və menecerləri Co Simpsona müraciət edir. Bir il Simpsonlar ailəsi ilə yaşayır. 1998-ci ildə aktyor olmaq ambisiyası ilə Los-Ancelecə gedir. 2005-ci ildə “Həbsdən qaçış” serialında çəkilməzdən əvvəl Leyn pilot seriyaya baxıb heyran olmuşdu. Ssenari çox yaxşı yazılmışdı. Serialda ona uyğun olan rolda çəkilməyi arzulayır. Xoşbəxtlikdən ssenaristlər Qarrisona uyğun “Səfil” Devid Apolskis rolunu yazırlar. Tezliklə onun serialda iştirakı təsdiqlənir. 2007-ci ilin may ayında 3 il 4 aylıq həbs cəzasına məhkum olunur. Səbəb 2006-cı ilin dekabrında baş verən qalmaqal olur. Həmin gün içkili vəziyyətdə avtomobil idarə edən aktyor qəzaya düşür. Lakin həbsxanada nümunəvi davranışına görə Leyn tez bir zamanda azadlığa buraxılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Lane_Garrison

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç