Klark Qeybl
Aktyor
Klark Qeybl 1 fevral 1901-ci ildə Ohayo ştatının Kadis şəhərində anadan olub və Katolik Kilsəsində vaftiz edilib. Neft quyusunda qazmaçı Uilyam Henri Qeyblın (1870-1948) və həyat yoldaşı Adelinin yeganə övladı idi. Valideynlərinin ataları Almaniyadan idi. Klarkın anası epilepsiya xəstəliyindən əziyyət çəkirdi və doğulduqdan yeddi ay sonra dünyasını dəyişir, buna görə oğlan atası və ögey anası Cenni Dunlap tərəfindən böyüdülüb. Karyersına teatr aktyoru kimi başlayıb, 1924-cü ildə səssiz filmlərdə böyük ekranda debüt edib və 1930-cu illərin əvvəllərində filmlərdə ilk aparıcı rollarını almağa başlayıb, növbəti üç onillikdə 60-dan çox filmdə rol alıb. “Qırmızı Toz” (1932) romantik dramındakı rolu, seks simvol Cin Harlou ilə birlikdə onu ən böyük MGM kişi ulduzu edib. 1934-cü ildə Qeybl "Bu bir dəfə gecə baş verdi" filmindəki ən yaxşı aktyor nominasiyasında Akademiya mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%B9%D0%B1%D0%BB,_%D0%9A%D0%BB%D0%B0%D1%80%D0%BA