Vivyen Li
Aktrisa
Vivyen Li 5 noyabr 1913-cü ildə Hindistanda anadan olub. ABŞ aktrisasıdır. Hindistanlı gözəlçə Qertruda Robertson-Yaqci britaniyalı biznesmen Ernest Riçard Hartli ilə ailə qurduqdan sonra iflasa uğramağa başladı. Lakin onları bir araya gətirən və sevindirən bir səbəb vardı. Ernest Gertrudanın ona qız övladı bəxş etməsini istəyirdi. Sevgi ilə gözlənilən uşaq 5 noyabr, 1913-cü ildə Himalay dağlarının başında, kiçik taxta daxmada dünyaya gəldi. Adını Vivyen Meri Xartli qoydular. Belinə kimi qıvrım saçları, sivr burnu və hər geyindiyi paltarın rənginə uyğun dəyişən gözləri onun bəyaz simasını daha da maraqlı göstərirdi. Əfsanəvi gözəlliyə malik olan qız ata yurdu Britaniyanı ilk dəfə 6 yaşında, I Dünya Müharibəsindən sonra gördü. Onu bütün pisliklərdən uzaq tutan ana Gertruda Vivyeni əsl lediyə çevirməyi arzulayırdı. Lakin Almaniya, Fransa və İtaliyanın katolik kilsə məktəblərində təhsil alan Vivyen anasının arzularını tam doğrulda bilmirdi. Elə bil qız vaxtını buralarda hədər yerə sərf edirdi. Həmin ərəfədə valideynlər arasında baş verən mübahisələr Vivyenin də psixologiyasından yan keçmədi. Rahibələr Vivyenə tərbiyəli və səbrli olmağı öyrədirdilər. Qız dərslərini əla qiymətlərlə oxuyur, tarixi, ədəbiyyatı, rəsmi və musiqini çox sevirdi. Violonçeldə ifa edən, rəqsə gedən Vivyenin incəsənətə olan sevgisi onu gələcəkdə aktrisa olmağa çox həvəsləndirmişdi. O, "Baxarsız, mən böyük aktrisa olacağam" deyirdi. Aktyorluq məktəbinə gedən Vivyenin ən sevdiyi aktyor Lesli Xovard idi. Həsrətlə onun filmlərinə baxan qız saatlarla ekranın başından çəkilmirdi. Məktəbi bitirəndən sonra Vivyen özündən 14 yaş böyük olan vəkil Gerbert Li Holmanla tanış olur. Rəfiqəsinin:"Axı o, nişanlıdır", deməsinə baxmayaraq, Vivyen: "Nə olsun?! O, hələ məni tanımır!" sözlərini əsl Skarlet O'Hara timsalında dedi. 7 iyul 1967-ci ildə Londonda dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vivyen_Li