Erik Makkormak

Erik Makkormak

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Erik Cemys Makkormak (ing. Eric James McCormack) – kanadalı-amerikalı aktyordur. Erik Ceyms Makkormak 18 aprel 1963-cü ildə Kanadanın Toronto şəhərində anadan olub. Atası neft şirkətlərindən birində maliyyə analitiki işləyib, anası evdar xanım olub. Ailədə üç bacı-qardaş olublar. Damarlarından çeroki və şotland qanı axır. Aktyor etiraf edir ki, yeniyetməlik dövründə dəhşətli dərəcədə utancaq olub və idmanla ümumiyyətlə məşğul olmuyub. Makkormak  Ontarionun Stepher Leacock Collegiate İnstitut High School məktəbində oxuyub. Şagird olduğu illərdə “Qodspell” və “Pippin” kimi tamaşalarda iştirak edib. Ardınca ser Con. Makdonald adına  Ensiklopediya kollecində təhsilini davam etdirib. Oranı 1982-ci ildə bitirib. Erik Makkormak sonradan Rayerson universitetinə daxil olub, 1985-ci ildə məzun olmağına bir neçə ay qalmış Stratforda  Şekspir Festivalında iştirak etmək üçün dərslərindən uzaqlaşıb. Orada aktyor “Yay gecəsində yuxu”, “V Henri”, “Kilsədə qətl”, “Üç ay” kimi tamaşalarda iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%BA%D0%BE%D1%80%D0%BC%D0%B0%D0%BA,_%D0%AD%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç