Roma Dauni

Roma Dauni

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Roma Dauni (ing. Roma Downey) – amerikalı aktrisa, müğənni və prodüserdir. İrland əsillidir. Daha çox “Mələyin toxunuşu” (1994-2003) teleserialında oynadığı rolu ilə tanınır. Həmin rol ona “Emmi” və “Qızıl Qlobus” mükafatına nominasiya qazandırıb. Dauni 6 may 1960-cı ildə Derri şəhərində anadan olub.  Doğma şəhərində boya-başa çatıb. Thornill College kollecində anadan olub. Dauni ilk əvvəl rəssam olmağı arzulayıb və Brayton Universitetinin incəsənət fakültəsini bitirib. Ancaq sonradan istiqamətini dəyişərək, London Dram Studiyasında aktrisalıq sənətinin incəliklərini öyrənməyə başlayıb. Orada Şekspir, Şou və Çexovun pyeslərində iştirak edib. Üç dəfə evli olub. 1987-1989-cu illərdə Liland Orserlə evli olub. 1995-1998-ci illərdə Devid Enspauqla nikahda olub. Bu nikahdan 1996-cı il təvəllüdlü Rayli Mariya adlı qızı var. 28 aprel 2007-ci ildə Roma televiziya prodüseri Mark Börnettə ərə gedib. Daha çox “Mələyin toxunuşu” teleserialında Monika rolunda oynadığı rolları ilə tanınır. Həmin serialın aktyor heyətində 1994-2003-cü illərdə rol alıb. Serial kifayət qədər populyarlıq qazanı və 10 ilə yaxın yayımda olub. 1997-ci ildə və 1998-ci ildə dram serialında ən yaxşı aktrisa nominasiyasında “Emmi” mükafatına namizəd olub, 1998 və 1999-cu ildə televiziya serialında ən yaxşı qadın rolu nominasiyasında “Qızıl Qlobusa” namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%83%D0%BD%D0%B8,_%D0%A0%D0%BE%D0%BC%D0%B0

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç