Ted Kotçeff

Ted Kotçeff

Rejissor, prodüser, aktyor, ssenarist

BİOQRAFİYA

Ted Kotçeff (ing. Ted Kotcheff) – kanadalı televiziya və kino rejissoru, prodüserdir. Daha çox “Rembo: Birinci qan” blokbasterinin rejissoru kimi məşhurlaşıb. Kotçeff 7 aprel 1931-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. Valideynləri Makedoniyadan mühacirət edən bolqar qaçqınlar olub.  Toronto universiteti nəzdində kolleci ingilis ədəbiyyatı ixtisası üzrə bitirib. 24 yaşında televiziya karyerasına başlayıb, Kanada radioyayım korporasiyasında işləməyə başlayıb. Korporasiyanın ştatında olan ən cavan rejissor olub. 1958-ci ildə Kanadanı tərk edərək, Böyük Britaniyaya köçüb. Həmyerlisi Sidney Nyumanın yaradıcılığından ilhamlanaraq, ABC teleşirkətində dram rejissoru vəzifəsinə işləməyə başlayıb. ABC-də uzun müddət “Armchair Theatre” proqramına rəhbərlik edib, 1958-1960-cı illərdə həmin proqramın xətti ilə bir sıra tamaşalara quruluş verib. Hal-hazırda Beverli Hillzdə həyat yoldaşı Leyfanla yaşayır.  Tomas və Aleksandr adında iki övladı var. Bundan əvvəl aktrisa Silviya Keylə olan nikahından Aaron, Katrina və Coşua adlı üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%82%D1%87%D0%B5%D1%84%D1%84,_%D0%A2%D0%B5%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç