Daniela Stil
Ssenarist, yazıçı
Daniela Fernanda Dominika Müriel Emili Şuleyn-Stil (ing. Danielle Fernande Dominique Muriel Emily Schuelein-Steel) – amerikalı yazıçıdır. 14 avqust 1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində dünyaya gəlib. Bestsellerə çevrilmiş çoxsaylı romanların müəllifidir. Onun yazdığı kitabların bütün dünya üzrə 510 milyonda çox nüsxəsi satılıb. 2005-ci ilə olan məlumat aəsasən 550 milyondan çox kitab satıb. Onun qələmindən çıxan romanlar düz 412 həftə “Nyu-York Tamys” bestsellerlər reytinqində yer alıb. 23 novellası ekranlaşdırılıb. Beş dəfə ərdə olub. Beşinci həyat yoldaşı Silikon vadisi maliyyəçisi Tom Perkins olub. Ancaq onunla da nikahın ömrü çox çəkmiyib və 1999-cu ildə boşanıblar. Yazıçı “Kloun və mən” adlı romanının keçmiş həyat yoldaşına həsr olunduğunu etiraf edir. 2003-cü ildə novelist xanım San-Fransiskoda bədii qalereya açıb. 2006-cı ildə “Daniela” brendi altına ətir buraxmağa başlayıb. Xüsusi olaraq Still oxucuları üçün satılan bu ətir yalnız tək-tük mağazalarda satılır. Yazıçı San-Fransiskoda yaşayır, tez-tez Fransada istirahət edir. 2013-cü ildə Fransanın Fəxri legion ordeninin kaveleri adını alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B8%D0%BB,_%D0%94%D0%B0%D0%BD%D0%B8%D1%8D%D0%BB%D0%B0