Rupert Penri-Cons
Aktyor
Rupert Uilyam Penri-Cons (ing. Rupert William Penry-Jones) – ingilis teatr və kino aktyorudur. 22 sentyabr 1970-cı ildə Londonda Piter Penri-Cons və Ancela Tornun ailəsində anadan olub. Onun qardaşı Lourens də aktyordur. Londonun cənub-şərqində Dalviç kollecində oxuyub (öz vaxtında həmin təhsil müəssissəsində ser Pelem Qrenvil Vudhauz oxuyub). Ardınca Bristolun Old Vik teatr məktəbini bitirib. 1995-ci ildə “Naratah ferma” tamaşasında anası ilə birlikdə səhnəyə çıxıb. 2007-ci ildə irland aktrisa Dervle Kiruenlə ailə qurub. Cütlüyün iki övladı var: 01.05.2001-ci il təvəllüd Florens adlı qızı və 08.04.2006-cı il təvəllüdlü Piter adlı oğlu olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D0%BD%D1%80%D0%B8-%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81,_%D0%A0%D1%83%D0%BF%D0%B5%D1%80%D1%82