Karlo Ponti

Karlo Ponti

Prodüser

BİOQRAFİYA

Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olub. Milan universitetində hüquq fakültəsini bitirib. Əvvəlcə film prodüseri kimi 1940-cı ildən karyerasına başlayıb. 140-dan çox filmlərin prodüseri olub. Ən çox Federiko Fellini ilə filmlərdə çalışıb. 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evlənib. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi. Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər. Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır. 1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar. Onların iki övladı dünyaya gəlir. 1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin edirlər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulur. 10 yanvar 2007-ci ildə Cenevrədə (İsveçrə) vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Karlo_Ponti

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç