Adrian Qrünberq
Rejissor, ssenarist, aktyor
Adrian Qrünberq – amerikalı rejissor, ssenarist və aktyordur. 14 mart 1975-ci ildə ABŞ-da anadan olub. Valideynləri Puerto-Riko yəhudilər olub və İspaniyada boya-başa çatıblar. Adrian Nyu-Yorkun Təsviri İncəsənət Məktəbində oxuyub. Sonradan meksikalı qadınla ailə qurub və 20 il ərzində Meksikada işləyib və yaşayıb. Kino karyerasına 1994-cü ildə “Qancıq-sevgi”, “Perdita Duranqa”, “Ölüm eskadronları” kimi Meksika filmlərində rejissor köməkçisi kimi başlayıb. Mel Gibsonun “Apokalipsis” (2006) blokbasteri və olduqca populyar “Narko” bioqrafik kriminal teledramının (2015-2017) çəkilişlərində köməkçi rejissor kimi iştirak edib. Rejissor və ssenarist debütünü Mel Gibsonun iştirakı ilə 2012-ci ildə “Şən tətillər” kriminal dramında gerçəkləşdirib. 2019-cu ildə “Rembo” müharibə saqasının “Sonuncu qan” adlı filminin rejissoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/director/hollywood/350404/bio/