Xoakin Kosio

Xoakin Kosio

Aktyor

BİOQRAFİYA

Xoakin Kosio - meksikalı kino, teatr və televiziya aktyoru, dramaturqdur.. 6 oktyabr 1962-ci ildə Meksikanın Nayarit şəhərində anadan olub.  21 yaşında aktyorluq sənəti üzrə təhsil almağa başlayıb.Karyerası ərzində 50-dən çox teatr tamaşasında iştirak edib. 1994-cü ildə “Tomochic: Or the day the world ended” adlı ilm pyesini yazıb və həmin pyesə görə Meksika Milli Ədəbiyyat mükafatına layiq görülüb. 1999-cu ildə Mili Teatr Kompaniyasının truppasına qoşulub. 2002-ci ildə böyük ekranlarda ilk rolunu oynayıb (“Mavi otağ” filmində). Bu film onun kinokaryerasına tramplin tək təkan verib, ard-arda müxtəlif filmlərə çəkilmək təklifləri gəlib. Bondiana silsiləsindən olan “Mərhəmət kvantı” filmində əsas antoqonist obrazlardan birini canlandırıb. Həmçinin “Rudo və Kursi”, “Yaxşı həyat”, “Xüsusi təhlükəli”, “Tənha Reyncer”, “Qədim Meksikada gecə”, “Qaçaq gözəlçələr” kimi filmlərdə oynadığı rolları ilə tanınır. 2005-ci ildə “Metando Kabos” adlı meksika filmində oynadığı rola görə “Ariel” kinomükafatına namizəd olub. 2011-ci ildə “Cəhənnəm” filmində oynadığı rol is onu bu mükafatın laureatı edib. 2012-ci ildə yenidən sözügedən mükafata namizəd olub. 2012-ci ildə MGM My Favorite Award mükafatına layiq görülmüş ilk meksikalı kimi adını tarixə yazdırıb. Teleekranlardan isə 2004-cü ildən etibarən görünməyə başlayıb, debütünü “Sapata – qeyri-ixtiyarı sevgi” serialında gerçəkləşdirib. Daha sonra “Ömrü keçəndə”, “Düşmənini sev”, “Şimalın qəhrəmanları”, “Senyor Avila” kimi filmlərdə rol alıb. 2019-cu ildə “Rembo” kinosaqasının “Sonuncu qan” adlı filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/joaquin_cosio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç