Erik Mebias
Aktyor, prodüser
Erik Mebias (Eric Mabius) – 22 aprel 1971-ci ildə ABŞ-ın Pensilvaniya ştatında avstriya-irland əsilli tarixçi Kreyq Mebiasın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Massaçusets ştatında keçirib. Orta məktəbi bitirdikdən sonra, Nyu-Yorkda Sara Lourens incəsənət kollecinə daxil olub. Həmin kollecin sayəsində Erik qeyri-Brodvey tamaşalarında ilk rollarını oynayıb. 2006-cı ilin yanvar ayında ailə qurub. İva adlı həyat yoldaşını hələ orta məktəbdə oxuduğu illərdən tanıyıb. Cütlüyün iki övladı var. Kinokaryerasına 1995-ci ildə, “Kukla evinə xoş gəlmisiniz” filminə çəkilməklə başlayıb. Həmin dönəmdə eyni zamanda Lilli Teylorun iştirakı ilə “Mən Endi Uorhola atəş açdım” filminə çəkilib. Sonralar böyük ekranlarda “Qara qardaşlıq”, “Qarğa 3: Qurtuluş”, “Amansız oyunlar”, “Şər iqamətgahı” və “Riker” kimi filmlərdə görüntülənib. Kiçik ekranlarda isə “Çikaqo ümidləri”, “Minillik”, “C.S.I: Mayami”, “Tənha ürəklər” və “Baxışlar” kimi serialda oynadığı rolları ilə yadda qalıb. 2004-cü ildə “Başqa şəhərdə bazlığ” serialının birinci mövsümündə daimi rol qazanıb. 2006-cı ildə “Səfeh qız” serialının kastinqində moda jurnalının redaktoru Daniel rolunu əldə edib. 2011-ci ildə “Didərginlər” filmində baş rollardan birini oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/eric_mabius/