Deyl Midkiff

Deyl Midkiff

Aktyor

BİOQRAFİYA

Deyl Alan Midkiff (ing. Dale Alan Midkiff) – amerikalı aktyordur. Daha çox “Ev heyvanları qəbirstanlığı” filmində Luis Krid və “Zaman izləri” teleserialında Luis Krid rolu ilə məşhurdur. Deyl Alan Midkiff 1 iyul 1959-cu ildə ABŞ-ın Merilend ştatının Çans şəhərində, Tomas və Coys Midkiffin ailəsində anadan olub. Altıövladlı ailənin ikinci uşağıdır. Baltimor yaxınlığında “Ecvud” orta məktəbində oxuyub. İlk dəfə səhnəyə məktəbdə oxuyanda çıxıb, son siniflərdə oxuyanda uşaq teatr mükafatını qazanıb. 1977-ci ildə orta məktəbi bitirib. Midkiff Merilend ştatında fəaliyyət göstərən Salisberqsk universitetinə daxil olub və kommunikasiya, ingilis dili və fəlsəfəsi ixtisası üzrə ali təhsil alıb. Məzun olduqdan sonra Nyu-Yorka köçüb, orada fərqli-fərqli peşə sahələrində özünü sınayıb, hətta Rokfeller mərkəzində səhnə arxasında rəqqasələrin qarderobu ilə məşğul olub. 1997-ci ildə Midkiff Coan Okonnorla ailə qurub. Cütlüyün üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%B4%D0%BA%D0%B8%D1%84%D1%84,_%D0%94%D1%8D%D0%B9%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç