Albert Finni
Aktyor
Albert Finni 9 may 1936-cı ildə Salfordda (Böyük Britaniya) anadan olub. İngilis aktyordur, beşqat “Oskar” nominantı. Üç BAFTA mükafatı (1961, 2001, 2003), üç “Qızıl Qlobus” mükafatı (1964, 1971, 2003), “Emmi” mükafatlarının (2002) və Amerika Birləşmiş Ştatları Film Aktyorları Gildiyası Mükafatının qalibidir. Albert Finni, 1950-ci illərdə ingilis gənclərinin əhval-ruhiyyəsinə uyğun gələn "qəzəbli gənclərin" rolları ilə başlayıb. 1963-cü ildə ilin ən yaxşı filmi olaraq “Oskar”ı alan Toni Riçardsonun proyektində Tom Cons rolunu oynayıb. Finninin ən məşhur rolları arasında Aqata Krstinin “Orient Express'dəki Cinayət” (1974) filmindəki rolu da var. 1970-1978-ci illərdə fransız aktrisası Anouk Aime ilə evlənib. 2011-ci ilin may ayından Finni böyrək xərçəngi ilə mübarizə aparır. Aktyor 7 fevral 2019-cu ildə 83 yaşında Londonun Kral Marsen Xəstəxanasında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BD%D0%BD%D0%B8,_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82