Emi Kanaan Mann - ingilis rejissor, ssenarist və prodüserdir. 1969-cu ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Karyerasına 2000-ci ildə NYPD Blue serialının "Çay və simpatiya" adlı epizoduna yazdığı ssenari ilə qədəm qoyub. Prodüser Maykl Mannın qızıdır. Atası onun "Texasın Ölüm Düzənlikləri" adlı trillerinə prodüserlik edib. Daha çox "Ceki və Rayan" (2014), "Texasın Ölüm Düzənlikləri" (2011), "Çarpışma" (1995) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən, 2019-cu ilə qədər 22 filmin və serialın rejissoru olub, 5 filmə ssenari yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0542642/