Onur Ünsal

Onur Ünsal

Aktyor

BİOQRAFİYA

Onur Ünsal – türkiyəli kino, teatr və televiziya aktyorudur. 16 avqust 1985-ci ildə İzmir şəhərində anadan olub. 2006-cı ildə İstanbul Universitetinin Dövlət Konservatoriyasının məzunu olub. Ali təhsili başa vurduqdan sonra Haluk Bilginerin sahib olduğu “Oyun Atölyesi” teatrında “Testosteron” (2010), “Əzrayılın göz yaşları” (2004), “Hırçın Kız” kimi tamaşalarda səhnəyə çıxıb. Rejissor Atıf Yılmazın “Eğreti Gelin” filminə çəkilməklə kinodebütünü gerçəkləşdirib. 2010-cu ildə rejissor, aktyor və müğənni Mahsun Kırmızıgülün “Nyu-Yorkda Beş Minarə” adlı iri-büdcəli siyasi trillerində qonaq rola dəvət olunub. Kinoda daha çox “Eğreti gelin” (2005), “Erkek Tarafı” (2013), “Pandoranın Kutusu” (2008) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən, 2019-cu ilə qədər 17 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1759825/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç