Lila Çitnis

Lila Çitnis

Aktrisa

BİOQRAFİYA

Lila Çitnis (ing.Leela Chitnis, 9 sentyabr 1909 – 14 iyul 2003) – hindistanlı kinoaktrisadır. 1930-1980-ci illərdə kinofilmlərə çəkilib. Karyerasının əvvəlində baş rollara çəkilsə də, daha çox yaşlı illərində yaratdığı ikinci plan qadın obrazları ilə yadda qalıb. 9 sentyabr 1909-cu ildə Hindistanın Dərvad şəhərində anadan olub. Kino təhsili almış ilk hindistanlı aktrisalardan hesab olunur. Lila çoxsaylı komediya və kinotraqediyalarda baş rollara çəkilib. Daha çox “Toz İçində Çiçək” (1959),  “Kanqan” (1939), “Sadhna” (1958),  “Chaya” (1936) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 107 bədii filmin çəkilişi və səsləndirilməsində iştirak edib.14 iyul 2003-cü ildə ABŞ-ın Konnektikut ştatında vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0158332/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç