Ertem Eğilmez
Rejissor, prodüser
Ertem Eğilmez - türkiyəli rejissor, ssenarist və prodüserdir. 18 fevral 1929-cu ildə Trabzon şəhərində anadan olub. İstanbul universiteti nəzdində iqtisad litseyini bitirib. Hərbi xidmət keçdikdən sonra dostları Refik Erduran və Haldun Sellə bilikdə kitab mağazası açıb. Tədricən kitab satışından başqa, nəşriyyat işləri ilə də məşğul olmağa başlayıb. Refik Karay, Akak Gündüz, Peride Celal kimi müəlliflərin əsərlərini çap edib. Bir müddətdən sonra Eğilmez kitab biznesindən uzaqlaşmaq fikrinə düşüb. Əvvəlcə masaüstü futbol oyunu satışı ilə məşğul olub, ancaq çox keçmədən fəaliyyət sahəsini dəyişib və 1961-ci ildə öz prodakşn şirkətini təsis edib. Bir müddətdən sonra onu bağlamağa məcbur olub. Atıf Yılmaz, Halit Refiq kimi rejissorlarla, Eşref Kolçak, Şener Şen, Kenan Pars, Ekrem Bora, Muhterem Nur kimi korifey kinoaktyorlarla əməkdaşlıq edib. 1973-cü ildə “Canım Kardeşim” dramının fiaskoya uğramasından sonra ona yaxın olan komediya janrına qayıdıb. Karyerası ərzində 20-yə yaxın tammetrajlı filmin rejissoru olub. Ertem Eğilmez 21 sentyabr 1989-cu ildə xərçəngdən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B3%D0%B8%D0%BB%D0%BC%D0%B5%D0%B7,_%D0%AD%D1%80%D1%82%D0%B5%D0%BC