Rikko Ross

Rikko Ross

Aktyor

BİOQRAFİYA

Rikko Ross (ing. Ricco Ross) – amerikalı aktyor və prodüserdir. “Yadlar” filmində siravi Rikko Frost rolu ilə tanınır. Rikko Ross 16 aprel 1960-cı ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Kristin və Klarens Rossun səkkiz uşağından beşincidir. Florida Atlantik Universitetində teatr incəsənət ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra Los-Ancelesdə Kaliforniya Universitetini bitirib və kinoya çəkilməyə başlayıb. “Blüz Hill-stri” serialının bir neçə epizodunda debüt edib. 1985-ci ildə “Çirkli on ikilik: Yeni tapşırıq” telefilmində baş rollardan birini oynayıb. Həmin roldan sonra rejissor Cemys Kemeronun diqqətini cəlb edib. Onun “Yadlar” elmi-fantastik trillerində ilk əvvəl baş rollardan birini (kapral Hiks) Ross oynamalı olsa da, sonradan həmin rolu Maykl Binə veriblər, Rikkoya isə sıravi Dreyk rolunu nəsib olub. Aktyor Stenli Kubrikin “Tam metal başlıq” (Full Metal Jaket)  filminin xeyrinə həmin roldan imtina edib. Kemeron aktyoru çəkiliş meydanına gətirmək üçün şəxsən ona görə ssenariyə zarafatcıl əsgər obrazı (sıravi Frost) əlavə edib və aktyor çəkilməyə razılaşıb. “Yadlar” filmi 1986-cı ildə böyük ekranlara çıxıb və böyük əks-səda doğurub. Sonralar “Hakerlər”, “Arzuların icraçısı”, “Çətin tapşırıq” və digər filmlərdə ikinci plan rollara çəkilib. 1980-ci illərin ortalarında Böyük Britaniyada yaşayıb, “Civs və Vuster”, “Xalis İngilis qətli”  və “Doktor Kim” seriallarına çəkilib. Aktyor Culi Şennon adlı qadınla evlidir. Remi və Ayşa adlı iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%81%D1%81,_%D0%A0%D0%B8%D0%BA%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç