Patrik Lüssye

Patrik Lüssye

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Patrik Lüssye – kanadalı kinorejissor, ssenarist və montajçıdır. 1964-cü ildə Kanadada anadan olub. Rejissor Ues Kreyvenin son filmlərinin, o cümlədən “Qarağac küçəsində dəhşət 7: Yeni dəhşət”, “Bruklin vampiri”, “Qışqırıq” və “Gecə reysi” filmlərinin montajçısı olub. “Drakula 2000”, “Öncədəngörmə 3” və “Ağ səs 2: İşartı” filmlərinin rejissoru olub. Lionsgate Films şirkətinin “Göz” filminin montajçısı və vizual konsultantı olub. Qorxu filmində baş rolu Cessika Alba oynayıb. Bundan başqa “Pıçıltı” və “Zülmət yaxınlaşır” filmlərinin vizual konsultantı olub. Dram proqramı və ya serialda ən yaxşı montaj işi nominasiyasında iki dəfə “Cemini” mükafatına namizəd olub (1994-cü ildə “Dreyfdə” və 1995-ci ildə “Başlar” filmlərinə görə). 2009-cu ildə Lüssye  “Lionsgate Films” şirkəti üçün “Mənim qanlı Valentim günüm” filmini çəkib. 19 sentyabr 2009-cu ildə “Helloin 3D” filminə ssenarinin yazılması və rejissorluğu ilə bağlı (“Helloin” franşizasının üçüncü epizodu) müqavilə bağlayıb. Filmin istehsalı 2011-ci ilə nəzərdə tutulsa da, sonradan təxirə salınıb. 2010-cu ildə Lüssye Nikolas Keycin iştirakı ilə “Çılğın yürüş” filmini lentə alıb. Ekran əsəri 25 fevral 2011-ci ildə ekranlara çıxıb. Ailə vəziyyətinə gəlincə Lüssye boşanıb. Onun oğlu Devin Lüssye atasının yolu ilə gedərək, “Karantin” filmində birinci montajçı köməkçisi olub. Daha sonra “Mənim qanlı Valentin günüm” filmində vizual effektlər montajçısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D1%81%D1%81%D1%8C%D0%B5,_%D0%9F%D0%B0%D1%82%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç