Mişel Leqran

Mişel Leqran

Bəstəkar

BİOQRAFİYA

Mişel Leqran 24 fevral 1932-ci ildə Parisdə (Fransa) dünyaya gəlib. Fransa bəstəkarı, dirijor və caz pianoçusudur. Bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub. 10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə “Oskar”, 5 dəfə “Qremmi” mükafatına, "Şerbur çətirləri" filminə yazdığı musiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb. Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı. Leqran ilk “Oskar”ını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb. O, Edit Piaf, Mayls Devis, Rey Çarlz, Frenk Sinatra, Areta Franklin, Barbara Streyzand və Layza Minelli kimi dünya şöhrətli sənətçilərlə çalışıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mi%C5%9Fel_Leqran

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç