Jak Demi

Jak Demi

Rejissor

BİOQRAFİYA

Jak Demi 5 iyun 1931-ci ildə Fransada anadan olub. Fransız rejissor, ssenarist və “Yeni dalğanın” nümayəndəsi olub. Demi əsasən musiqili filmlərin müəllifi kimi tanınır. Daha çox tanınan filmləri sırasına “Lola” (1961), “Mələklərin körfəzi” (1963), “Şerbur çətirləri” (1964) filmlərini daxil etmək olar. Hər üç film musiqili janrda olan filmlərdir. Filmlərdəki musiqilərdən bəziləri bəstəkar Mişel Leqran tərəfindən yazılıb. Bu üç filmdən ən uğurlusu isə “Şerbur çətirləri” olub. Demi'nin ilk rəngli filmi ona Kann Film Festivalının "Qızıl Palma Budağı" və “Oskar” üçün dörd nominasiyanı gətirib. Jak Demi Ales Varda ilə evli olub. Cütlüyün Matyö adlı bir övladı dünyaya gəlib. Rəsmi məlumata əsasən Demi xərçəng xəstəliyindən dünyasını dəyişib. Ancaq 2008-ci ildə məlum olub ki əslində ölüm səbəbi AİDS xəstəliyi olub. Demi əsl ölüm səbəbinin açılmasını istəmirmiş.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BC%D0%B8,_%D0%96%D0%B0%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç